Yuxarı
    Bağlamaq

    ​Estoniyanın baş naziri: "Aİ ilə qarşılıqlı münasibət Azərbaycan və Ermənistanın seçimindən asılıdır"

    Taavi Rıyvas: Biz mövqeyimizi açıq şəkildə göstərmişik

    Bakı. 22 may. REPORT.AZ/ ""Şərq Tərəfdaşlığı" proqramına qoşulan ölkələrin Avropa İttifaqına (Aİ) üzvlüyü və ya inteqrasiyası alqışlanır, əməkdaşlığın daha da genişləndirilməsi üçün ən yaxşı yollar axtarılmaqdadır".

    "Report" xəbər verir ki, bunu Estoniyanın baş naziri Taavi Rıyvas Riqada keçirilən "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

    Azərbaycan və Ermənistanın Avropa İttifaqı ilə gələcək qarşılıqlı münasibətləri haqda sualı baş nazir belə cavablandırıb: "Bu, həmin dövlətlərin seçəcəyi yoldan asılıdır. Biz mövqeyimizi açıq şəkildə göstərmişik".

    Onun sözlərinə görə, Riqa sammitinin yekun bəyanatı müzakirə mərhələsindədir: "Ona görə də hazırda sənəd haqda bir söz deyə bilmirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi