​Estoniyanın baş naziri: "Aİ ilə qarşılıqlı münasibət Azərbaycan və Ermənistanın seçimindən asılıdır"

​Estoniyanın baş naziri: "Aİ ilə qarşılıqlı münasibət Azərbaycan və Ermənistanın seçimindən asılıdır" Taavi Rıyvas: "Biz mövqeyimizi açıq şəkildə göstərmişik"
Region
22 May , 2015 16:31
​Estoniyanın baş naziri: Aİ ilə qarşılıqlı münasibət Azərbaycan və Ermənistanın seçimindən asılıdır

Bakı. 22 may. REPORT.AZ/ ""Şərq Tərəfdaşlığı" proqramına qoşulan ölkələrin Avropa İttifaqına (Aİ) üzvlüyü və ya inteqrasiyası alqışlanır, əməkdaşlığın daha da genişləndirilməsi üçün ən yaxşı yollar axtarılmaqdadır".

"Report" xəbər verir ki, bunu Estoniyanın baş naziri Taavi Rıyvas Riqada keçirilən "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan və Ermənistanın Avropa İttifaqı ilə gələcək qarşılıqlı münasibətləri haqda sualı baş nazir belə cavablandırıb: "Bu, həmin dövlətlərin seçəcəyi yoldan asılıdır. Biz mövqeyimizi açıq şəkildə göstərmişik".

Onun sözlərinə görə, Riqa sammitinin yekun bəyanatı müzakirə mərhələsindədir: "Ona görə də hazırda sənəd haqda bir söz deyə bilmirik".

Son xəbərlər

Orphus sistemi