Yuxarı

Estoniyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

Estoniyada koronavirusa yoluxanların sayı 1 258-ə çatdı
Dinlə

Estoniyada son sutkada koronavirusa yoluxanların sayı daha 51 nəfər artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Estoniya Səhiyyə Departamenti yayıb.

Bildirilib ki, koronavirusa yoluxanların ümumi sayı 1 258 nəfərə çatıb, 24 nəfər isə pandemiyanın qurbanı olub. 

Yanvarın 31-dən Estoniya üzrə koronavirusla bağlı 27 mindən çox test icra olunub.

Qeyd edək ki, mayın 1-dək Estoniyada fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi