Estoniya prezidenti Rusiyanı "qəliz qonşu" adlandırıb

Estoniya prezidenti Rusiyanı "qəliz qonşu" adlandırıb "O, bizi onilliklər ərzində məyus etsə belə, tərəfimizdən diqqətsiz qalmır"
Region
25 Fevral , 2018 09:54
Estoniya prezidenti Rusiyanı qəliz qonşu adlandırıb

Bakı. 25 fevral. REPORT.AZ/ Estoniya prezidenti Kersti Kalyulayd ölkənin Müstəqillik günü münasibəti ilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı Rusiyanı "qəliz qonşu" adlandırıb.

“Report” xəbər verir ki, prezident Rusiyanın onilliklər ərzində onları məyus etməsinə baxmayaraq, ona olan diqqətlərini əsirgəmədiklərini bildirib.

"Müxtəlif qonşularımız var. Demokratik və o qədər də demokratik olmayan. Taleyin bizə ötən əsrdən bəxş etdiyi silahdaşlar və birgə addımladıqlarımız. Bizim bir mürəkkəb qonşumuz da var. Lakin qonşu qonşudur. O, bizi bir neçə onilliklər ərzində məyus etsə belə, tərəfimizdən diqqətsiz qalmır", - deyə Kersti Kalyulayd əlavə edib.

Son xəbərlər

Orphus sistemi