Yuxarı

​Əsrin sonunadək Ermənistanın əhalisi 2 milyona yaxın azalacaq

Hər il ölkəni orta hesabla 30 minə yaxın insan tərk edir

Bakı. 28 avqust. REPORT.AZ/ 2100-cü ilədək Ermənistanın əhalisi 1,7- 1,8 milyon nəfərədək azalacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu BMT-nin Əhali üzrə Fondunun Yerevandakı ofisinin təmsilçisi Qarik Ayrapetyan bildirib.

"Hazırda Ermənistan əhalisinin sayı de-yure 3 milyon, de-fakto isə 2,6- 2,8 milyon nəfərdir. BMT-nin proqnozu dünya əhalisinin 2010-cu ildə siyahıya alınmasına əsaslanıb" ,- o vurğulayıb.

Onun sözlərinə görə, 2100-cü ildə dünya əhalisinin sayı 11,2 milyard nəfər olacaq.

Q.Ayrapetyan deyib ki, Ermənistanı hər il orta hesabla 30 minə yaxın insan tərk edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi