Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın döyüş təyyarələri və Bəşşar Əsədə bağlı güclər Suriyanın Türkiyə sərhədi yaxınlığındakı Babili bölgəsini bombalayıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, bombardman səsləri Türkiyənin Reyhanlı rayonundan da eşidilib.
Xəbərdə bildirilib ki, Rusiyaya aid qırıcılar və Bəşşar Əsədə bağlı güclər Suriyanın Türkiyə sərhədinə yaxın İdlib əyalətinin Salkin rayonu, Sarmada və Dana qəsəbələrini də bombalayıb.