​Əsəd və Rusiyanın qırıcıları Suriyanın Türkiyə ilə sərhəddəki qəsəbələrini bombalayıb

​Əsəd və Rusiyanın qırıcıları Suriyanın Türkiyə ilə sərhəddəki qəsəbələrini bombalayıb Məlumata görə, bombardman səsləri Türkiyənin Reyhanlı rayonundan da eşidlib
Region
22 Yanvar , 2016 19:41
​Əsəd və Rusiyanın qırıcıları Suriyanın Türkiyə ilə sərhəddəki qəsəbələrini bombalayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın döyüş təyyarələri və Bəşşar Əsədə bağlı güclər Suriyanın Türkiyə sərhədi yaxınlığındakı Babili bölgəsini bombalayıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, bombardman səsləri Türkiyənin Reyhanlı rayonundan da eşidilib.

Xəbərdə bildirilib ki, Rusiyaya aid qırıcılar və Bəşşar Əsədə bağlı güclər Suriyanın Türkiyə sərhədinə yaxın İdlib əyalətinin Salkin rayonu, Sarmada və Dana qəsəbələrini də bombalayıb. 

Son xəbərlər

Orphus sistemi