Bakı. 26 oktyabr. REPORT.AZ/ "Türkiyə Suriyanın Hələb əyalətinin şimal və şərq hissəsindəki mövqelərimizə yaxınlaşarsa, bu ölkəyə qarşı güc tətbiq edəcəyik".
"Report" Haberturk-ə istinadən xəbər verir ki, bunu Suriyadakı Bəşşar Əsəd rejimini dəstəkləyən güclərin komandiri bildirib.
İnformasiyaya əsasən, bu haqda yazılı açıqlama "Reuters"ə göndərilib.
"Anadolu" agentliyinin məlumatına görə, ötən gecə Əsəd rejiminə aid helikopter müxalifətin (Suriya Azadlıq Ordusu) Tall Nayif bölgəsindəki mövqeyini bombalaması nəticəsində müxalifətin 2 döyüşçüsü şəhid olub, 21-i isə yaralanıb, 7 avtomobil yararsız hala düşüb.