Yuxarı
    Bağlamaq

    Ərzurumda qaçaq “qırmızı cıvə” aşkarlandığı iddia edilir

    Həmin maddə Türkiyə Atom Enerjisi Təşkilatına göndərilib

    Bakı. 28 noyabr. REPORT.AZ/ Türkiyənin Ərzurum əyalətinin polis əməkdaşları avtomobildən 5,3 qram şübhəli maddə aşkar ediblər.

    “Report” NTV-yə istinadən xəbər verir ki, həmin maddənin “qırmızı civə” olduğuna dair şübhələr var.

    Belə ki, Ərzurumdan Ağrıya gedən avtomobildən aşkar edilən şübhəli maddə ilə bağlı 3 nəfər tutulub. Tərkibini müəyən etmək üçün həmin maddə Türkiyə Atom Enerjisi Təşkilatına göndərilib.

    Qeyd edək ki, “qırmızı civə”nin varlığı və yoxluğu haqqında dünyada hələlik heç bir rəsmi açıqlama yoxdur. Bu maddənin nüvə silahı istehsalı sahəsində istifadə edildiyi iddia olunur.

    Ümumiyyətlə, 1980-ci illərdə keçmiş SSRİ-nin “qırmızı civə”yə sahib olduğu deyilirdi. Azərbaycanda 1994-1998-ci illərdə onun “alveri” ilə məşğul olmaq istəyənlər olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi