​Ərzurumda iki terrorçu zərərsizləşdirilib

​Ərzurumda iki terrorçu zərərsizləşdirilib Qarayazı rayonunun Selenli məhəlləsində terrorçu PKK-ya qarşı əməliyyat keçirilib
Region
23 Oktyabr , 2015 17:19
​Ərzurumda iki terrorçu zərərsizləşdirilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Türkiyənin Ərzurum vilayətində xüsusi təyinatlılarla komandos dəstələrinin birgə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 2 terrorçu zərərsizləşdirilib, biri yaralı olmaqla, iki terrorçu tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat Ərzurumun Qarayazı rayonunun Selenli məhəlləsində terrorçu PKK-ya qarşı keçirilib.

Xəbərdə bildirilib ki, ərazidə aparılan axtarış nəticəsində terrorçulara aid mağaradan 4 ədəd avtomat "Kalaşnikov", bir ədəd fişəng atan, bir ədəd ratsiya və çoxlu sayda sursat, ərzaq məhsulları aşkarlanaraq götürülüb.        

Son xəbərlər

Orphus sistemi