​Ermənistanda Rusiya hərbçisi öldürülüb

​Ermənistanda Rusiya hərbçisi öldürülüb Hadisə yerində araşdırma aparılır
Region
15 İyun , 2015 13:37
​Ermənistanda Rusiya hərbçisi öldürülüb

Bakı. 15 iyun. REPORT.AZ/ Gümrüdə Rusiya Silahlı Qüvvələrinin hərbçisi qətlə yetirilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli prokurorluq məlumat yayıb.

İlkin məlumata əsasən, Rusiyanın bu şəhərdəki hərbi bazasının hərbçiləri arasında dava olub. Nəticədə İvan Novikov adlı rusiyalı əsgər ölüb.

Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, Rusiyanın 102 saylı hərbi bazası Gümrüdə yerləşir. 

Son xəbərlər

Orphus sistemi