Yuxarı

Ermənistanın keçmiş müdafiə naziri ölkə prezidentinin təkliflərini rədd edib

Seyran Ohanyan yalnız müdafiə naziri olmaq istədiyini bildirib

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Ermənistan prezidenti Serj Sarqsyan hökuməti buraxdıqdan sonra keçmiş müdafiə naziri Seyran Ohanyana bir neçə vəzifə təklif edib".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hökumətin istefasından sonra Sarqsyan onu iki dəfə danışığa çarğırıb.

Məlumata görə, Sarqsyan Ohanyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Təhlükəsizlik Şurasının katibi kimi vəzifələri təklif edib. Ancaq keçmiş müdafiə naziri bu təkliflərin hamısından imtina edib.

Xəbərdə Seyran Ohanyanın onu müdafiə naziri postundan başqa heç bir vəzifənin maraqlandırmadığını söylədiyi qeyd edilib.

Yaxın vaxtlarda Ohanyanın da müxalifət cərgəsində olacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi