Ermənistanlı zabit xidmət yoldaşları tərəfindən döyülərək xəstəxanalıq edilib

Ermənistanlı zabit xidmət yoldaşları tərəfindən döyülərək xəstəxanalıq edilib Faktla bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır
Region
10 Noyabr , 2017 13:20
Ermənistanlı zabit xidmət yoldaşları tərəfindən döyülərək xəstəxanalıq edilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Ermənistanlı zabit döyülərək xəstəxanalıq edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Azərbaycanın Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrindən birində qeydə alınıb. 

Belə ki, alayın zabiti, kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi