​Ermənistanla İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

​Ermənistanla İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib David Tonyanın başçılıq etdiyi nümayəndə heyəti İranda iki günlük işgüzar səfərdə olub
Region
27 May , 2015 13:33
​Ermənistanla İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı. 27 may. REPORT.AZ/ Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonyanın başçılıq etdiyi nümayəndə heyəti İranda iki günlük işgüzar səfərdə olub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

David Tonyan İranın müdafiə naziri Hüseyn Dehqan və onun müavini Firuz Məsimpuri ilə görüşüb. Görüşdə beynəlxalq və regional təhlükəsizlik, o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki münaqişənin tənzimlənməsi məsələsi müzakirə edilib.

Görüşlər zamanı "hərbi sahədə ikitərəfli əlaqələrin genişləndirliməsi", o cümlədən "təchizat və tədarük sahələrində" əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi