Ermənistanın yeni parlamentinin sədri vəzifəsinə namizədin adı açıqlanıb

Ermənistanın yeni parlamentinin sədri vəzifəsinə namizədin adı açıqlanıb Parlament sədirinin müavinləri vəzifəsinə isə Eduard Şarmazanov və keçmiş ədliyyə naziri Aspine Ovannisyanın namizdəliyi irəli sürülüb
Region
18 May , 2017 09:45
Ermənistanın yeni parlamentinin sədri vəzifəsinə namizədin adı açıqlanıb

Bakı. 18 may. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan yeni parlamentin sədri vəzifəsinə Ara Babloyanın namizədliyini irəli sürüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hakim Respublikaçılar Partiyasının sözçüsü Eduarda Şarmazanov bildirib.

Bununla bağlı qərar partiyanın iclasından sonra bu elan olunub. Parlament sədirinin müavinləri vəzifəsinə isə Eduard Şarmazanov və keçmiş ədliyyə naziri Aspine Ovannisyanın namizdəliyi irəli sürülüb.

Qeyd edək ki, Ara Babloyan 1947-ci il mayın 7-də Yerevanda doğulub. İxtisasca uroloq-cərrahdır. Əvvəlki parlamentin səhiyyə, doğuş və uşaqlarla bağlı komissiyasının sədri olub.

Xatırladaq ki, bu gün Ermənistanın yeni parlamentinin ilk iclası olacaq. 

Son xəbərlər

Orphus sistemi