Ermənistanın yeni müdafiə naziri təyin olunub

Ermənistanın yeni müdafiə naziri təyin olunub Viqen Sarkisyan Ermənistan prezidenti Aparatının rəhbəri vəzifəsindən azad olunub və müdafiə naziri vəzifəsinə təyin olunub
Region
3 Oktyabr , 2016 13:47
Ermənistanın yeni müdafiə naziri təyin olunub

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ermənistanın müdafiə naziri Seyran Ohanyan vəzifəsindən azad olunub. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ölkə prezidenti Serj Sarqsyan bununla bağlı fərman imzalayıb. 

Dövlət başçısının digər fərmanı ilə Viqen Sarkisyan müdafiə naziri təyin olunub. O, buna qədər Ermənistan Prezidenti Aparatının rəhbəri vəzifəsində işləyib.

Bununla yanaşı, Ermənistan prezidentinin fərmanı ilə Armen Gevorkyan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad olunub və  Ermənistan Prezidenti Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsindən çıxarılaraq Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub.  Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsinə əvvəllər rəis müavini olan Movses Akopyan təyin edilib.

Son xəbərlər

Orphus sistemi