Bakı. 8 may. REPORT.AZ/ Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan ölkənin müdafiə nazirini dəyişmək niyyətini açıqlayıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Müdafiə nazirini baş nazir təyin edir. Onu dəyişmək lazım olduğunu görürəm", - N.Paşinyan deyib.
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinə hazırda Vigen Sarkisyan rəhbərlik edir.