Ermənistanın yeni baş naziri bazar ertəsindən etibarən hökuməti formalaşdırmağa başlayacaq

Ermənistanın yeni baş naziri bazar ertəsindən etibarən hökuməti formalaşdırmağa başlayacaq KİV: "Əlbəttə, o, bunu bu həftə də edə bilərdi, lakin bir qeyri-rəsmi tədbir bu prosesə əngəl olub"
Region
17 Sentyabr , 2016 13:53
Ermənistanın yeni baş naziri bazar ertəsindən etibarən hökuməti formalaşdırmağa başlayacaq

Bakı. 17 sentyabr. REPORT.AZ/ Ermənistanın yeni baş naziri Karen Karapetyan öz hökumətinin formalaşmasına gələn həftədən başlayacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə şənbə günü öz mənbələrinə istinadən "Aykakan jamanak" qəzeti yazıb.

"Əlbəttə, o, bunu bu həftə də edə bilərdi, lakin bir qeyri-rəsmi tədbir bu prosesə əngəl olub", - nəşr qeyd edib.

Keçmiş baş nazir Ovik Abramyan istefasından dərhal sonra Dubaya yollanıb. "Aykakan jamanak" qəzeti bu addımı belə dəyərləndirib: "Bu gedişin səbəblərindən biri də O.Abramyanın Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın oğlunun toyunda iştirak etmək istəməməsi idi. Toyda hökumət elitasının demək olar, bütün nümayəndələri iştirak edəcəyindən O.Abramyan artıq onlara heç bir təsir qüvvəsi olmayan sabiq baş nazir kimi iştirak etməmək qərarına gəlib".

Nəşr yeni hökumətin formalaşdırılmasına Q.Beqlaryanın oğlunun toyundan sonra başlanılacağını yazıb: "Çox güman nazirlər yenidən təyinat almayacaq. Buna görə də onların toyda qəm-qüssəli əhval-ruhiyyədə olmaması üçün təyinatlar gələn həftədən başlayacaq. Elə Q.Beqlaryanın özü də nazir statusunu itirəcək".

Son xəbərlər

Orphus sistemi