Yuxarı

Ermənistanın XİN başçısı Gürcüstana səfər edəcək

Edvard Nalbandyan Tbilisidə gürcüstanlı həmkarı Mixail Janelidze ilə ikitərəfli danışıqlar aparacaq

Bakı. 1 avqust. REPORT.AZ/ Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün Gürcüstana rəsmi səfər edəcək.

"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, E.Nalbandyan Tbilisidə gürcüstanlı həmkarı Mixail Janelidze ilə ikitərəfli danışıqlar aparacaq, eyni zamanda Gürcüstan hökumətinin nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, bu, E.Nalbandyanın Gürcüstana cavab səfəridir. Bu ilin mart ayında Gürcüstan xarici işlər naziri M.Janelidze həmkarının dəvəti ilə Ermənistana rəsmi səfər etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi