Yuxarı

Ermənistanın 3 ölkə üzrə səfiri ölüb

Ermənistanın Türkmənistandakı səfiri ölüb

Ermənistanın Əfqanıstan, Tacikistan və Türkmənistandakı səfiri Qarnik Badalyan iyunun 12-də 61 yaşında ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

O, 2018-ci ilin noyabrında Türkmənistana səfir təyin olunub. Bir neçə həftə əvvəl isə Q.Badalyan Ermənistanın Əfqanıstan və Tacikistan üzrə də səfiri təyin edilib. O, əvvəllər Ermənistan Xarici İşlər Nazirliyinin Siyasi proqarmlar üzrə müşaviri vəzifəsində işləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi