Yuxarı

Səhiyyə naziri: "​Ermənistanın xəstəxanalarında 420 nəfər pnevmoniyadan müalicə olunur"

Ölkədə donuz qripindən ölənlərin sayı 11 nəfərə çatıb

Bakı. 14 yanvar. REPORT.AZ/ "Ermənistan xəstəxanalarında 420 nəfər pnevmoniyadan müalicə olunur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Armen Muradyan hökumətin iclasında bildirib.

Məlumata görə, yeni il tətili günlərində Ermənistanda 20 mindən çox insan xəstəxanalara müraciət edib.

Nazir deyib ki, pnevmaniyadan müalicə olunan 420 nəfərin, 200-ü uşaq, 114-ü isə hamilə qadındır. 

Qeyd edək ki, Ermənistanda H1N1 virusundan ("donuz qripi") ölənlərin sayı 11 nəfərə çatıb.

Hökumətin iclasında məktəblilərin qış tətilinin müddətinin daha bir həftə-yanvarın 18-dək uzadılması haqda qərar qəbul olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi