Ermənistanın sabiq prezidentinin qardaşı oğlu Praqada saxlanılıb

Ermənistanın sabiq prezidentinin qardaşı oğlu Praqada saxlanılıb Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan Çex Respublikasının paytaxtı Praqa şəhərində saxlanılıb.
Region
7 Dekabr , 2018 18:23
Ermənistanın sabiq prezidentinin qardaşı oğlu Praqada saxlanılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan Çex Respublikasının paytaxtı Praqa şəhərində saxlanılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, ötən gün yerli polisin və interpolun birgə fəaliyyəti nəticəsində ələ keçib.

N.Sarqsyan saxlanılarkən qanun keşikçilərinə Quatemala vətəndaşı Franklin Qonsales adına saxta pasport təqdim edib.

Son xəbərlər

Orphus sistemi