Bakı. 26 iyul. REPORT.AZ/ 1999-2008-ci illərdə Ermənistanda hakimiyyətdə olan Robert Koçaryana qarşı 2008-ci il 1 mart hadisələrinə dair cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.
"Report"un“ RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir.
Bildirilir ki, bir neçə saat əvvəl sabiq prezident şahid qismində dindirilib.
Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsadət təqdim edilib.