Bakı. 14 fevral. REPORT.AZ/ Ermənistanda sabiq deputat, general Manvel Qriqoryan və onun həyat yoldaşı Nazik Əmiryanla bağlı cinayət işinin istintaqı başa çatıb.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, M.Qriqoryan qanunsuz olaraq silah saxlamaqda, dəyəri 101 232 917 dram dəyərindəki əmlakı mənimsəmədə, 1 228 176 342 dram məbləğində vergidən yayınmada, büdcədən 1 225 003 300 dram xərcləməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
M.Qriqoryanın oğlu Arman Qriqoryan isə axtarışa verilib.
Xatırladaq ki, M.Qriqoryan ötən il iyunun 19-da saxlanılıb. O, qanunsuz silah-sursat saxlamaqda, əmlakın mənimsənilməsində ittiham olunub.