Yuxarı
    Bağlamaq

    Ermənistanın Rusiyadakı səfirliyinin avtomobili qəzaya uğrayıb

    Mətbuat katibi hadisənin səbəblərinin araşdırlıdğını söyləyib

    Bakı. 11 fevral. REPORT.AZ/ Ermənistanın Rusiyadakı səfirliyinə məxsus “Mercedes” markalı avtomobil Moskvada “Şeremetyovo” hava limanı ərazisində qəzaya uğrayıb.

    “Report” xəbər verir ki, bu barədə səfirliyin mətbuat katibi Levon Torqomyan “RİA Novosti”yə bildirib.

    Onun sözlərinə görə, avtomobil “Şeremetyovo” hava limanı istiqamətində hərəkət edərkən, “Kia” markalı maşınla toqquşub: “İlkin məlumata görə, xəsarət alan yoxdur”.

    Mətbuat katibi hadisənin səbəblərinin araşdırıldığını söyləyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi