​Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 40%-dək azalıb

​Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 40%-dək azalıb Rusiyadan Ermənistana ixracat 20,9% azalaraq 138,2 milyon dollar təşkil edib
Region
31 Mart , 2015 19:23
​Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 40%-dək azalıb

Bakı. 31 mart. REPORT.AZ/ Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin uyğun dövründə Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 35,4% azalaraq 138,7 milyon dollar təşkil edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, hesabat dövründə Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 23,4% olub.

2015-cü ilin ilk iki ayında Ermənistandan Rusiyaya idxalat 533,2 min dollar təşkil edib. Rusiyadan Ermənistana ixracat 20,9% azalaraq 138,2 milyon dollar təşkil edib.

Bu ilin ilk iki ayında MDB dövlətləri ilə xarici ticarət dövriyyəsi 162,9 milyon dollar olmaqla 33,9% azalıb. Ermənistanın xarici ticarət dövriyyəsində MDB dövlətlərinin payı 27,5%-dir.

2015-ci ilin yanvar-fevral aylarında Ermənistanın xarici ticarət dövriyyəsi 592,4 milyon dollar təşkil edərək ötən ilin uyğun dövrü ilə müqayisədə 27,7% azalıb. 

Son xəbərlər

Orphus sistemi