Ermənistan polisinin rəhbəri nümayişçiləri dəstəklədiyini bildirib

Ermənistan polisinin rəhbəri nümayişçiləri dəstəklədiyini bildirib Vladimir Qasparyan mitinqin keçirildiyi əraziyə gəlib
Region
25 İyun , 2015 04:00
Ermənistan polisinin rəhbəri nümayişçiləri dəstəklədiyini bildirib

Bakı. 25 İyun. REPORT.AZ/ Ermənistan polisinin rəhbəri Vladimir Qasparyan İrəvanın mərkəzində elektrik enerjisi qiymətlərinin bahalaşdırılmasına qarşı təşkil olunan mitinqin keçirildiyi əraziyə gəlib.

"Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, o, hazırda polis əməkdaşları ilə danışıqlar aparır.

"Qasparyan bu dəqiqələrdə polis əməkdaşları ilə danışıqlar aparır, hər hansı bir bəyanat olmayıb, mitinq davam edir", — deyə məlumatda bildirilir.

Əlaqələndirmə qrupunun üzvü Vaqinak Şuşanyan, həmçinin jurnalistlərə bildirib ki, Ermənistanın polis rəisi nümayişçiləri dəstəklədiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi