Yuxarı

​Ermənistanın paytaxtında həbs edilmiş silahlı dəstə üzvlərinə dəstək yürüşü başlayıb

Aksiya iştirakçıları bundan əvvəl İrəvanda Azadlıq meydanında mitinq keçirib və hakimiyyətin istefaya getməsini tələb ediblər

Bakı. 1 avqust. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanın mərkəzi küçələrində yüzlərlə insan yürüş keçirir.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, onlar bir neçə həftə əvvəl polis alayının binasını ələ keçirmiş silahlı dəstə üzvlərinə dəstək nümayiş etdirirlər.

Aksiya iştirakçıları bundan əvvəl İrəvanda "Azadlıq" meydanında mitinq keçirib və saxlanılan dəstə üzvlərinə azadlığa buraxılmasını, hakimiyyətin istefaya getməsini tələb ediblər.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs Yerevanda polis alayının binasını ələ keçirib. Bu zaman 1 polis əməkdaşı öldürülüb, 4 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi