Ermənistanın müdafiə nazirinin keçmiş müavininin vəkili onu müdafiə etməkdən imtina edib

Ermənistanın müdafiə nazirinin keçmiş müavininin vəkili onu müdafiə etməkdən imtina edib Bakı. 18 iyun. REPORT.AZ/ Qanunsuz silah saxlamaqda şübhəli bilinərək saxlanılan Ermənistanın müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın vəkili Qrant Ananyan ona hüquqi yardım göstərməkdən imtina edib.
Region
18 İyun , 2018 13:18
Ermənistanın müdafiə nazirinin keçmiş müavininin vəkili onu müdafiə etməkdən imtina edib

Bakı. 18 iyun. REPORT.AZ/ Qanunsuz silah saxlamaqda şübhəli bilinərək saxlanılan Ermənistanın müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın vəkili Qrant Ananyan ona hüquqi yardım göstərməkdən imtina edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, vəkil bu barədə "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib. 

Onun sözlərinə görə, baş nazirin çıxışından və Milli Təhlükəsizlik Xidmətinin yaydığı videogörüntülərdən sonra müttəhimin vəkili olmaqdan istəmir.

Xatırladaq ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan M.Qriqoryanın saxlanmasının təkcə böyük miqdarda silah-sursat aşkar edilməsi ilə bağlı olmadığnı, müttəhimin 2016-cı ilin aprel ayında Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi dövrdə toplanan yardımı mənimsəməkdə şübhəli bilindiyini açıqlayıb. Hökumət başçısının sözlərinə görə, M.Qriqoryanın məktəblilərin əsgərlər üçün topladığı qidaları mənimsəməsi və onlarla heyvanlarını - ayılarını və pələnglərini bəslədyinə dair şübhələr var.

Son xəbərlər

Orphus sistemi