​Ermənistanın müdafiə naziri Moskvaya səfərə gedib

​Ermənistanın müdafiə naziri Moskvaya səfərə gedib Onu rusiyalı həmkarı dəvət edib
Region
16 Aprel , 2015 12:52
​Ermənistanın müdafiə naziri Moskvaya səfərə gedib

Bakı. 16 aprel. REPORT.AZ/ Ermənistanın müdafiə naziri Seyran Ohanyan Moskvaya səfərə gedib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata görə, səfər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə gerçəkləşdirilir.

Xəbərdə bildirilib ki, S.Ohanyan Moskvada keçiriləcək beynəlxalq təhlükəsizliyə dair növbəti foruma qatılacaq.

Qeyd edək ki, səfər aprelin 17-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi