Ermənistanın keçmiş prezidentlərinə veriləcək təqaüdün məbləği açıqlanıb

Ermənistanın keçmiş prezidentlərinə veriləcək təqaüdün məbləği açıqlanıb Cari ildə fərdi təqaüd alanların sayı 625 nəfərdirsə, gələn il onların sayının 623 olacağı bildirilib
Region
2 Noyabr , 2016 13:28
Ermənistanın keçmiş prezidentlərinə veriləcək təqaüdün məbləği açıqlanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryana ayda 1930 dollar fərdi təqaüd veriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu, dövlət büdcəsi layihəsi müzakirə olunarkən məlum olub.

Məlumata görə, 2017-ci ildə 2 keçmiş prezident, 95 sabiq deputata fərdi təqaüd veriləcək. Cari ildə bu növ təqaüd alanların sayı 625 nəfərdirsə, gələn il onların sayının 623 olacağı bildirilib. Onlar 2017-ci ildə 740 dollara yaxın fərdi təqaüd alacaq. 

Son xəbərlər

Orphus sistemi