​Ermənistanın keçmiş baş nazirinin qardaşı səfir vəzifəsindən azad edilib

​Ermənistanın keçmiş baş nazirinin qardaşı səfir vəzifəsindən azad edilib Onun yerinə XİN başçısının müavini təyin olunub
Region
10 Fevral , 2016 13:47
​Ermənistanın keçmiş baş nazirinin qardaşı səfir vəzifəsindən azad edilib

Bakı. 10 fevral. REPORT.AZ/ Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyanın qardaşı Armen Sarkisyan ölkəsinin Çin, Sinqapur və Monqolustandakı səfiri vəzifəsindən azad edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, keçmiş baş nazirinin qardaşının yerinə Ermənistan xarici işlər nazirinin müavini Sergey Manasaryan təyin edilib.

Son xəbərlər

Orphus sistemi