Ermənistanın keçmiş baş naziri: “Ordunun ciddi islahatlara ehtiyacı var”

Ermənistanın keçmiş baş naziri: “Ordunun ciddi islahatlara ehtiyacı var” Qrant Baqratyan: "Ermənistanın 40-a yaxın şəhər və kəndi hərbiləşdirilmiş yaşayış məntəqəsinə çevirliməlidir"
Region
9 Mart , 2017 19:46
Ermənistanın keçmiş baş naziri: “Ordunun ciddi islahatlara ehtiyacı var”

Bakı. 9 mart. REPORT.AZ/ “Ermənistan ordusunun yenidənqurmaya və ciddi islahatlara ehtiyacı var”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin keçmiş baş naziri Qrant Baqratyan bildirib.

"2016-cı ilin aprel döyüşləri göstərdi ki, keçmiş konsepsiya işə yaramır. Biz daimi müharibə təhlükəsi şəraitində yaşamağa məcburuq. Ona görə də bütün müdafiə sistemində dəyişikliyə ehtiyac var” - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın 40-a yaxın şəhər və kəndi hərbiləşdirilmiş yaşayış məntəqəsinə çevirliməlidir.

Qrant Baqratyan 1958-ci ildə Yerevanda anadan olub. 1993-cü il fevralın 18-dən 1996-cı il noyabrın 4-dək Ermənistanln baş naziri olub. 

Son xəbərlər

Orphus sistemi