Ermənistanın iki keçmiş xarici işlər naziri siyasətdən gedib

Ermənistanın iki keçmiş xarici işlər naziri siyasətdən gedib Bu qərar “Civilitas” Fondunun və “Civilnet” “on-layn” sisteminin işinə təsirini göstərəcək
Region
6 Aprel , 2017 20:43
Ermənistanın iki keçmiş xarici işlər naziri siyasətdən gedib

Bakı. 6 aprel. REPORT.AZ/ Ermənistanın iki keçmiş xarici işlər naziri - “İrs” Partiyasının lideri Raffi Ovannisyan və “Həmrəylik” Partiyasının sədri Vardan Oskanyan aprelin 2-də keçirilən parlament seçkilərinin nəticələrindən sonra siyasətdən gediblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onların təşkilatlarının fəalları keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılığı altında fəaliyyət göstərən təşkilata birləşəcəkləri ehtimal edilir.

Vardan Oskanyanın bu qərarı onun təsis etdiyi “Civilitas” Fondunun və “Civilnet” “on-layn” sisteminin işinə də təsirini göstərəcək.

Hər iki siyasətçi həm də ABŞ vətəndaşlarıdır. Onlar Seyran Ohanyanla birlikdə sonuncu parlament seçkilərinə “ORO” (Ohanyan-Raffi -Oskanyan) seçki bloku adı altında qatılmışdılar. Ancaq onların bloku 7 faizlik seçki həddini keçə bilməyərək, bu siyasi kampaniyada 2,7 faiz səs toplayıb.

Xatırladaq ki, Raffi Ovannisyan 1991-1992-ci ilərdə Ermənistanın xarici işlər naziri işləyib. 2013-cü ildə isə Ermənistan prezidentliyinə namizədliyini irəli sürüb. Vardan Oskanyan isə 1998 - 2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub. 

Son xəbərlər

Orphus sistemi