Ermənistanın hərbi hissələrinin birində zabit intihar edib

Ermənistanın hərbi hissələrinin birində zabit intihar edib Bakı. 29 avqust. REPORT.AZ/ Ermənistanda zabit intihar edib.
Region
29 Avqust , 2018 13:14
Ermənistanın hərbi hissələrinin birində zabit intihar edib

Bakı. 29 avqust. REPORT.AZ/ Ermənistanda zabit intihar edib.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu gün saat 08:15 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birinin növbətçi hissəsində baş leytenant Karen Ovannisyanın meyiti tapılıb.

Ermənistan İstintaq Komitəsinin Baş hərbi istintaq idarəsi zabitin ölümünün səbəblərini araşdırır. Müstəntiqlər hadisə yerinə baxış keçiriblər.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi