​Ermənistan əsgəri intihar edib

​Ermənistan əsgəri intihar edib Erməni hüquq müdafiəçiləri bildirib ki, dövlət orqanları ordudakı intihar hadisələrini gizlədir
Region
8 Sentyabr , 2015 11:22
​Ermənistan əsgəri intihar edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmət edən 19 yaşlı erməni əsgəri Narek Arutyunyan intihar edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, işğalçı əsgər çənə nahiyəsindən aldığı güllə yarasından ölüb. Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Ermənistandakı hüquq müdafiəçiləri bildirib ki, dövlət orqanları ordudakı intihar hadisələrini gizlədir və məhkəmələr bir qayda olaraq, hərbi prokurorluğun versiyasını dəstəkləyir. 

Son xəbərlər

Orphus sistemi