Ermənistanın dövlət borcu artır

Ermənistanın dövlət borcu artır KİV: Ermənistan iqtisadiyyatı beynəlxalq strukturların və maliyyə təşkilatlarının kreditləri hesabına mövcuddur
Region
27 May , 2016 16:32
Ermənistanın dövlət borcu artır

Bakı. 27 may. REPORT.AZ/ Ermənistanın dövlət borcu sürətlə artır və yeni rekordlara imza atır. 

Bu barədə "Report" Ermənistanın "Joxovurd" qəzetinə istinadən xəbər verir. 

Ermənistan Maliyyə Nazirliyinin dərc etdiyi məlumata əsasən, 2016-ci ilin mayında ölkənin dövlət borcu 5 mlrd. 252 mln. 200 min ABŞ dollarına çatıb. Nəşr qeyd edir ki, bir ay - aprel ayı ərzində bu göstərici 56 mln. 100 ABŞ dolları artıb.

"Maraqlıdır ki, son ay ərzində dövlət borcunun artımının əsas hissəsi xarici borcun payına düşür - bu göstərici 53 mln. 400 ABŞ dolları artıb. Bu  o deməkdir ki,  Ermənistan iqtisadiyyatı beynəlxalq strukturların və maliyyə təşkilatlarının kreditləri hesabına mövcuddur", - deyə "Joxovurd" yazır.

Son xəbərlər

Orphus sistemi