Yuxarı
    Bağlamaq

    Ermənistanın bütün nazirliklərində azı 20 faiz ixtisar olacaq

    Mütəxəssislərin fikirincə, bu, Ermənistanda hərbi-polis rejiminin yaranacağı deməkdir

    Bakı. 2 dekabr. REPORT.AZ/ Ermənistanın bütün nazirliklərində azı 20 faiz kadr ixtisarına hazırlıq işləri görülür.

    ”Report” “Yamanak” qəzetinə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Karen Karapetyan bildirib.

    İnformasiyaya əsasən, ekologiya naziri Artsavik Minasyan deyib ki, başçılıq etdiyi nazirlikdə ixtisar edilən kadrların sayı 22 faizə çatacaq.

    Məlumata görə, ixtisarlar Müdafiə Nazirliyi, polis idarəsi və Milli Təhlükəsizlik Xidmətinə təsir etməyəcək. 

    Mütəxəssislərin fikirincə, bu, Ermənistanda hərbi-polis rejiminin yaranacağı deməkdir.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi