Ermənistanın Baş naziri vəzifəsinə namizəd məlum olub

Ermənistanın Baş naziri vəzifəsinə namizəd məlum olub Bakı. 23 oktyabr. REPORT.AZ/ Nikol Paşinyan Ermənistanın Baş naziri vəzifəsinə yeganə namizəd olub.
Region
23 Oktyabr , 2018 20:55
Ermənistanın Baş naziri vəzifəsinə namizəd məlum olub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Nikol Paşinyan Ermənistanın Baş naziri vəzifəsinə yeganə namizəd olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Knyaz Saroyan məlumat verib. 

Bu gün saat 17:00-da namizədliyin irəli sürülməsi üçün müddət başa çatıb. 

Ermənistan qanunlarına görə, ölkə parlamentinin sədri Baş nazir vəzifəsinə namizədlik irəli sürüldükdən sonra xüsusi iclas təyin etməlidir.

Qeyd edək ki, N.Paşinyan oktyabrın 16-da Ermənistanın Baş naziri vəzifəsindən istefa vermişdi.

Son xəbərlər

Orphus sistemi