Yuxarı

Paşinyanla milyarder müxalifət lideri arasında münasibət gərginləşib

Ermənistanın Baş Naziri milyader müxalifət liderini sıxışdırır

Ermənistanın Baş Naziri Nikol Paşinyanla Çiçəklənən Ermənistan Partiyasının sədri, milyader Qaqik Sarukyan arasında gərginlik artır, fikir ayrılığı dərinləşir.

“Report” xəbər verir ki, bu barədə “Jamanak” məlumat yayıb.

Bildirilib ki, hakimiyyət Sarukyanın mülkiyyətini təftiş etmək niyyətindədir: “Sahibkar isə Ermənistanda mülkiyyətin yenidən bölüşdürülməsinin ondan başlaya biləcəyi narahatdır”.

Sarukyan mülkiyyətinin təhlükə ilə üzləşəcəyindən qorxur.

Bildirilib ki, bu kimi səbəblərdən Nikol Paşinyanla müxalifət lideri Sarukyan arasında son görüşdən sonra münasibətlər normallaşmaqdansa, daha da gərginləşib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi