Bakı. 14 noyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Karen Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 16-17-də Rusiya paytaxtı Moskvaya ikigünlük işgüzar səfər edəcək.
"Report" Ermnistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, K.Karapetyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, bu, Karen Karapetyanın Ermənistanın baş naziri kimi Moskvaya ilk səfəridir.