​Ermənistanın 3 vətəndaşı Dubayda hindistanlı iş adamını öldürüb

​Ermənistanın 3 vətəndaşı Dubayda hindistanlı iş adamını öldürüb Oğurlanan almazın ümumi dəyəri 1,7 milyon dollardır
Region
3 İyun , 2015 11:51
​Ermənistanın 3 vətəndaşı Dubayda hindistanlı iş adamını öldürüb

Bakı. 3 iyun. REPORT.AZ/ Ermənistanın üç vətəndaşı Birləşmiş Ərəb Əmirliyində Hindistan vətəndaşını qətlə yetirməkdə və böyük miqdarda gəlir əldə etmək məqsədi ilə brilliant oğurluğunda ittiham olunurlar.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Cinayətkar qrupa 35 yaşlı Ovannes Melkonyan, onun qardaş oğlu 24 yaşlı Xosrov Melkonyan və dostu 26 yaşlı Semyon Yediqaryan daxildir. Qrupa başçılığı Ovannes Melkonyan edir.

Qeyd edək ki, hadisə 2013-cü ilin dekabrında Dubayda baş verib. Belə ki, ermənilər "Color Source for Gold and Diamonds Company"nın işçisi, Hindistan vətəndaşı Vaixava Dhondiba Salonkini qətlə yetirib. Onlar 6 800 karatlıq brilliantı çemodana yerləşdirərək, Ermənistana aparıblar.

Qeyd edək ki, hazırda ermənilərin Yerevanda məhkəmə prosesi gedir.

Oğurlanan brilliantın ümumi dəyəri 1,7 milyon dollardır.

Son xəbərlər

Orphus sistemi