Yuxarı

Ermənistanın dövlət borcu 2015-ci ildə artacaq

Artımın əsas hissəsi daxili dövlət borcunun payına düşür

Bakı. 15 dekabr. REPORT.AZ/ Ermənistanın 2015-ci ildə dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 42,2%-ni təşkil edəcək. "Report"un "ArmToday"ə istinadən verdiyi xəbərə görə, bunu maliyyə nazirinin birinci müavini Pavel Safaryan parlamentin növbədənkənar iclasında bildirib.

Onun sözlərinə görə, gələn il üçün dövlət borcu 4,5 trln. dram (cari kursla təxminən 9,7 mlrd. avro) səviyyəsində proqnozlaşdırılır. Borcun ÜDM-ə nisbəti 2014-cü ilin sonu ilə müqayisədə 0,6 faiz bəndi artacaq. 

Cari ilin sonunda dövlət borcunun ÜDM-ə nisbəti isə 41,6% təşkil edəcək. Bunun da 35,6%-i xarici borcun - 31%-i hökumətin, 4%-i Mərkəzi Bankın, qalan 6,6%-i isə daxili borcun payına düşür.

Qeyd edək ki, 2015-ci ildə hökumətin xarici borcunun 0,4 faiz bəndi azalacağı (30,6%-dək), Mərkəzi Bankın borcunun 0,2 faiz bəndi (4,2%-dək), daxili borcun isə 0,6 faiz bəndi (7,2%-dək) artacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi