Ermənistandan İrana ixrac edilən qoyun ətinin miqdarı 3 dəfə artıb

Ermənistandan İrana ixrac edilən qoyun ətinin miqdarı 3 dəfə artıb Bu il sentyabrın 22-dən dekbarın 2-dək Ermnənstandan İslam Respublikasına min tondan artıq qoyun əti ixrac olunub
Region
7 Dekabr , 2016 14:56
Ermənistandan İrana ixrac edilən qoyun ətinin miqdarı 3 dəfə artıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistandan İrana ixrac edilən qoyun ətinin miqdarı ötən illə müqayisədə 3 dəfə artıb.

“Report” İran.ru-ya istinadən xəbər verir ki, bunu Ermənistanın kənd təsərrüfatı naziri İqnati Arakelyan Tehranın Yerevandakı səfiri Seyid Kazem Səcadi ilə görüşdə deyib.

Nazirin sözlərinə görə, 2015- ci ildə isə ixracatın həcmi cəmi 681 ton olduğu halda, 2016-cı ilin əvvəlindən dekabrın 2-dək Ermənistandan İslam Respublikasına 2 min 200 ton qoyun əti göndərilib.

Xəbərdə bildirlib ki, bu il sentyabrın 22-dən dekbarın 2-dək Ermnənstandan İslam Respublikasına min tondan çox qoyun əti ixrac olunub.

Məlumata görə, İranın Gilan əyalətindən olan mütəxəssislər hazırda Ermənistandadır. Onlar Ermənistanda heyvandarlıq, gülçülük, istixana və balıqçılıq sahələrinin inkişaf etdilrməsi imkanlarını öyrənirlər. 

Son xəbərlər

Orphus sistemi