Ermənistandan Gürcüstana külli miqdarda narkotik keçirməyə cəhd edən İran vətəndaşları saxlanılıb

Ermənistandan Gürcüstana külli miqdarda narkotik keçirməyə cəhd edən İran vətəndaşları saxlanılıb Tbilisi. 4 oktyabr. REPORT.AZ/ Gürcüstanda Ermənistanla sərhəddə yerləşən “Sadaxlı” gömrük-keçid məntəqəsində ölkəyə 2 kiloqramdan çox həşiş keçirməyə cəhd edən iki İran vətəndaşı saxlanılıb.
Region
4 Oktyabr , 2018 16:48
Ermənistandan Gürcüstana külli miqdarda narkotik keçirməyə cəhd edən İran vətəndaşları saxlanılıb
0 : 00
0 : 00

Tbilisi. 4 oktyabr. REPORT.AZ/ Gürcüstanda Ermənistanla sərhəddə yerləşən “Sadaxlı” gömrük-keçid məntəqəsində ölkəyə 2 kiloqramdan çox həşiş keçirməyə cəhd edən iki İran vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Gömrükçülər İran vətəndaşlarını skanerdən keçirərkən onların bədənlərinə bərkidilmiş narkotik vasitələrin olduğu paketlər aşkar olunub.

Bir İran vətəndaşından 996,5 qram, digərindən isə 1068 qram həşiş müsadirə edilib.

Faktla bağlı materiallar Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi