Yuxarı

Ermənistandan çaxır və konyak ixracatı dayanıb

Şərabçılar Birliyinin sədri: Hökumət istehsalçılara yardım etməlidir

Bakı.28 fevral. REPORT.AZ/ "Ötən il noyabrın 20-25-dən Ermənistandan çaxır və konyak ixracı demək olar ki, dayanıb".

"Report" "1in.am" a istinadən xəbər verir ki, bunu Ermənistan Şərabçılar Birliyinin sədri Avaq Arutyunyan deyib.

"Gəlirimizi maaşın verilməsinə, verginin ödənilməsinə, kreditorlar və tədarükçülərə sərf edirik. Baş verənlər bankları narahat etmir. Onlar faizlərini qrafik üzrə istəyirlər. Bu istiqamətdə hökumətdən heç olmazsa yaxın 3-4 ay üçün dəyişilik gözləyirik", - Avaq Arutyunyan bildirib.

Onun sözlərinə görə, fors-major vəziyyətdir, hökumət istehsalçılara yardım etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi