Yuxarı

​Ermənistandakı etirazçılar: "Qərar ləğv olunmasa, hökumətin istefasını tələb edəcəyik"

Gümrüdəki aksiya iştirakçıları borclarını ödəməyəcəklərini bildiriblər

Bakı. 20 iyun. REPORT.AZ/ Ermənistanın Yerevan, Gümrü, Vanadzor şəhərlərində elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Aksiya iştirakçıları əllərində "Soyğuna yox!", "Əlini cibimizdən çək!" kimi şüarlar yazılan plakatlar tutublar.

Gümrüdəki etirazçılar borclarını ödəməyəcəklərini bildiriblər. Aksiya iştirakçıları bəyan edib ki, əgər elektrik enerjisinin bahalaşması haqda qərar dəyişməzsə, o zaman hökumətin istefasını istəyəcəklər.

Qeyd edək ki, Ermənistan Elektrik Şəbəkəsi Rusiyanın "İnter RAO EES" şirkətinə məxsusdur.

Aksiya davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi