​Ermənistandakı AES 2018-ci ildə uzun müddətə dayandırılacaq

​Ermənistandakı AES 2018-ci ildə uzun müddətə dayandırılacaq Bu il stansiya iki aylığına 45 gün müddətinə plana uyğun olaraq işləməyəcək
Region
2 Aprel , 2016 09:40
​Ermənistandakı AES 2018-ci ildə uzun müddətə dayandırılacaq

Bakı. 2 aprel REPORT.AZ/ Ermənistan Atom Elektrik Stansiyası (AES) 2018-ci ildə ən uzun müddətə dayandırılacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu AES direktorunun müavini Gera Sevikyan bildirib.

Bu il stansiya iki aylığına 45 gün müddətinə plana uyğun olaraq dayandırılacaq.

2019-cu ildə AES normal fəaliyyətə başlayacaq.

Qeyd edək ki, stansiyanın istismar müddəti Rusiyanın ayırdığı 270 milyon dollarlıq kredit və 30 milyon dollarlıq qrant çərçivəsində uzadılıb. 

Son xəbərlər

Orphus sistemi