Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayının artacağı gözlənilir

Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayının artacağı gözlənilir “Ermənistanda yaxın zamanlarda koronavirusa yoluxanların və pandemiyadan ölənlərin sayı artacaq”.
Region
3 İyun , 2020 09:50
Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayının artacağı gözlənilir

“Ermənistanda yaxın zamanlarda koronavirusa yoluxanların və pandemiyadan ölənlərin sayı artacaq”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan hakim “Mənim addımım” fraksiyasının toplantısında bildirib.

O deyib ki, yaxın günlərdə koronavirusa yoluxanların və qurbanlarının sayının artmasına hazır olmaq lazımdır.

Toplantıda Ermənistan səhiyyə naziri Arsen Torosyanın peşəkar olmayan bəyanatlarına və yarıtmaz fəaliyyətinə də münasibət bildirilib. 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı Tiqran AvinyanArsen Torosyanın koronavirusa qarşı mübarizənin təşkil edə bilmədikləri üçün iyulda istefaya göndəriləcəklərinə dair məlumat yaymışdı. Məlumata əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan onları koronavirusa qarşı mübarizədə yarıtmaz fəaliyyətlərinə görə “günah keçisi” kimi qurban verəcək.

Son xəbərlər

Orphus sistemi