Yuxarı

Ermənistanda yerli hakimiyyət orqanlarında ixtisarlar nəzərdə tutulur

Bakı. 11 fevral. REPORT.AZ/ "Ermənistanda vilayət (mərz) hakimiyyəti qurumlarında 30%-dək işçinin ixtisarı nəzərdə tutulur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin ərazi idarəetmə və inkişaf naziri Suren Papikyan deyib.

O, bütün əməkdaşların cəlb ediləcəyi müsabiqədə iştirakçıların daha yaxşı nəticə göstərən üçdə ikisinin işlə təmin olunacağını bildirib.

"Vilayət idarəetmə qurumlarında ötən ilin oktyabr ayından həyata keçirilən səmərələşdirmə proqramı İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilir. Bir neçə yerli hakimiyyətdə aparılan araşdırmalara əsasən, səmərələşdirməyə dair plan hazırlanıb. Hökumətdəki struktur islahatlarından sonra yerlərdəki islahatlar da gündəmə gələcək”, - deyə nazir qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi